Bakı. Trend:
Otuz il ərzində proqramda olmayan bir məsələ göstərəbilməyiblər.
Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bu gün keçirilən “Tam orta təhsil səviyyəsindəxarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar vəperspektivlər” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, repititor və ekspertlər biznes maraqlarınagörə etirazlar yaradır:
"Doqquzuncu sinfə qədər uşağın nə işlə məşğul olduğu heç kiminvecinə olmur. Sonra isə repititor və kursların biznes maraqları işədüşür.
Buraxılış imtahanının martda keçirilməsinə müəllimlər,repititorlar etiraz edir. Deyirlər ki, proqram tam bitməyib.Buraxılış imtahanında biz proqramı yox, şagirdin oxuyub-anlama,keyfiyyətlərini yoxlayır. Qalan iki ayın mövzularını bu imtahanadaxil etmirik. Amma repititorlar martda dərslər dayanmasın deyəbelə narazılıqlar yaradır. Bu yeni imtahan modeli ilə bağlı gələnil yenə müxtəlif ekspert və repititorların narazılıqlarıbaşlayacaq. Biz gözləyirik", o, qeyd edib.