ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə 2026-cı ilin yanvar-mart aylarında 2,1 milyon müraciət edilib.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən dövrdə 63 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 197 min elektron arayış verilib.
Həmçinin vurğulanıb ki, son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin birinci rübündə ƏƏSMN-in e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 81 milyon olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.