AZ

Əfqanıstanda silahlı hücum nəticəsində bir ailənin beş üzvü öldürülüb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Əfqanıstanda silahlı hücum nəticəsində bir ailənin beş üzvü qətlə yetirilib.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə Əfqanıstanın şərqində yerləşən Loqar əyaləti ərazisində baş verib. Rəsmi açıqlamaya görə, naməlum silahlı şəxslər səhər saatlarında evə daxil olaraq atəş açıblar. Nəticədə ata, ana, iki oğul və ailənin gəlini olmaqla beş nəfər həyatını itirib.

Hadisənin səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
2
azertag.az

3Mənbələr