"Repetitorlar mart ayında buraxılış imtahanı keçirilməsiylə bağlı çıxışlar edirlər ki, uşaqlar proqramı tam bitirməyib".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə qeyd edib:
"Ancaq biz imtahanı proqrama görə keçirmirik axı. Biz 11 il ərzində şagirdlərin aldığı təhsilin keyfiyyətini yoxlayırıq.
Əgər müəllim şagirddə oxuyub-anlamağı 11 il ərzində formalaşdıra bilməyibsə, 2 aya, iyuna qədər o alınmayacaq. Biz iyuna qədərki proqramı imtahana daxil etmirik. Bu çıxışların səbəbi odur ki, imtahan martda keçirildiyi üçün repetitorların məşğələləri də martda bitir".
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta