AZ

Milli Məclis WUF13 ilə bağlı sazişi ratifikasiya edib

Bakı. Trend:

Milli Məclis WUF13-lə əlaqədar təşkilati və maliyyə məsələləribarədə Sazişi ratifikasiya edib.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenariclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə BirləşmişMillətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcəkÜmumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədartəşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.

Sazişin imzalanmasında əsas məqsəd Ümumdünya ŞəhərsalmaForumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilatitədbirləri və maliyyə məsələlərini nizama salmaqdır.

Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu,keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.

Sazişdə tədbirin keçirildiyi dövrdə təhlükəsizlik tədbirlərinədair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrindairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavəxərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü,BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər,məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi,telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlərtənzimlənir.

Sazişin yekun müddəalarında onun qüvvəyə minməsi üçün zəruridövlətdaxili proseduralar, qüvvəyə minmə və s. məsələlərtənzimlənir.

Sazişin Əlavələri onun ayrılmaz tərkib hissəsidir və buƏlavələrdə məkan, habelə yanğın, qida, böhran halları, rabitə və s.məsələlər tənzimlənir.

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş MillətlərTəşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədartəşkilatı və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiqedilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyəçıxarılaraq bir oxunuşda qəbul edilib.

Seçilən
31
9
az.trend.az

10Mənbələr