Bu gün Azərbaycan Premyer Liqasında 29-сu tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Son oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gələcək.
Daha öncə keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” matçında (1:1) qalib müəyyənləşməyib, “Şamaxı” “Kəpəz”ə (2:0) qalib gəlib, “İmişli” “Sumqayıt”a (0:2), “Neftçi” “Qarabağ”a (1:5) məğlub olub.
Azərbaycan Premyer Liqası, 29-cu tur
27 aprel