
“İranla bağlı məqsəd rejim dəyişikliyi deyil, dövlətin tamamilə məhv edilməsidir”.
Missiya.Az xəbər verir ki, bunu İsrailli diplomat və Yeni Yaxın Şərq lahiyəsinin müəllifi Daniel Levi deyib.
O bildirib ki, İsrailin İranla bağlı nail olmaq istədiyi məqsəd daha radikaldır:
“Dövlətin dağılması. Onlara, sadəcə, Tehranda başqa bir kabinet lazım deyil", - deyə siyasətçi vurğulayıb.
Levi qeyd edib ki, İsrail Yaxın Şərqdə dominant güc olmaq istəyir və bu məqsədə çatmaq üçün o bölgədəki heç bir dövlətin ona effektiv şəkildə meydan oxuya bilməyəcəyinə əmin olmalıdır.
Daşqın HəsənovMissiya.Az