AZ

“Turan-Tovuz” “Zirə”ni, “Sabah” “Karvan-Yevlax”ı qəbul edir – YENİLƏNİR 

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. 

“Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq. Bu komandaların 1-ci dövrədəki görüşündə heç-heçə qeydə alınıb, 2-ci dövrədə Tovuz təmsilçisi qələbə qazanıb. 

Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki duellərindən “Sabah” qalib ayrılıb. 

Misli Premyer Liqası, 29-cu tur

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu

20:00. “Sabah” – “Karvan-Yevlax”
“Bank Respublika Arena”

Seçilən
64
1
idmanxeber.az

2Mənbələr