
Qəndəhar əyalətində Əfqanıstan qüvvələri ilə baş verən toqquşmalar nəticəsində ən azı altı Pakistan hərbçisi həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Ariana News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, insident bazar ertəsinə keçən gecə baş verib. İddia olunur ki, toqquşmalar Pakistan hərbçilərinin atəş açması və nəticədə əfqan uşağının həlak olmasından sonra başlayıb. Telekanal qeyd edir ki, döyüşdən sonra Əfqanıstan hərbçiləri xeyli miqdarda yüngül və ağır silah ələ keçiriblər.
Məryəm Quliyeva