Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) böyük şirkətlərin Azərbaycana marağını artıracaq.
"Far.Az" xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin yaz sessiyasının plenar iclasında bildirib.
Onun sözlərinə görə, şəhərsalma tədbirinin Bakıda keçirilməsi müxtəlif ölkələrin Azərbaycan təcrübəsini öyrənməsinə səbəb olacaq: "Bundan başqa, Azərbaycan tədbirin təşkil edilməsi məsələsində də yaxşı nümunə göstərəcək. Tədbirin yüksək şəkildə keçirilməsinə heç bir şübhə yoxdur. Bu mənada Azərbaycan beynəlxalq aləmdə ciddi nüfuza malikdir".
Deputat qeyd edib ki, Azərbaycanda təkcə mənzillər, sosial obyektlər inşa edilmir, həm də kommunikasiyalar bərpa olunur: "Bu, böyük vəsait, təcrübə tələb edir".