ain.az, Bizimyol saytına istinadən bildirir.
Çin ABŞ-nin "Hengli Petrochemical" neft emalı şirkətinə qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara kəskin etiraz edib və Vaşinqtonu bu cür məhdudlaşdırıcı addımlardan imtina etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qu Tsyakun brifinqdə bildirib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyaların tətbiqinə prinsipial şəkildə qarşıdır.
“Çin beynəlxalq hüquqa əsaslanmayan qeyri-qanuni birtərəfli sanksiyalara ardıcıl şəkildə etiraz edir və ABŞ tərəfini məhdudlaşdırıcı tədbirlərdən və "uzun qol" siyasətindən sui-istifadəni dayandırmağa çağırır”, – deyə diplomat vurğulayıb.
O əlavə edib ki, Pekin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi Çinin ən böyük müstəqil neft emalı şirkətlərindən biri olan "Hengli Petrochemical"ə sanksiya tətbiq edib və onu İrandan neft alqı-satqısında ittiham edib. Xəbərdən sonra şirkətin səhmləri bazar ertəsi günü 10 faiz dəyər itirib.
Şirkət isə bu ittihamları rədd edərək İranla hər hansı ticarət əlaqəsinin olmadığını bildirib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.