AZ

DİM 858 şagirdin iştirakı ilə yeni imtahan modelini sınaqdan keçirib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 aprel, AZƏRTAC

Tam orta təhsil səviyyəsi üzrə təkmilləşdirilmiş imtahan modeli üçün həyata keçirilmiş pilot layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin müxtəlif məktəblərindən ümumilikdə 858 şagirdin iştirakı ilə sınaqlar bu modelin praktik tətbiqi və qiymətləndirmə meyarlarının effektivliyini təhlil etməyə imkan verib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. O bildirib ki, sınaqların nəticələri yeni yanaşmanın şagirdlərin dil bacarıqlarını daha kompleks və real kommunikativ situasiyalara uyğun şəkildə ölçməyə şərait yaradır.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - İlqar Cəfərov

Videooperator - Vüsal Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
azertag.az

2Mənbələr