AZ

Trampdan gözlənilməz gediş: Danışıqlar masası alt üst oldu

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Trampın qərarı ilə xüsusi elçi Stiv Vitkoff və Jared Kuşnerin Pakistana nəzərdə tutulan səfəri son anda təxirə salınıb. İslamabadda İran rəsmiləri ilə keçirilməli olan görüşün taleyi artıq sual altındadır.Demokrat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu qərarı danışıqlar masasında üstünlüyün tamamilə Vaşinqtonun əlində olması ilə əsaslandırıb. Tramp bəyan edib ki, rəsmi Tehranın təklifləri kifayət qədər qaneedici deyil və uzaq məsafəyə vaxt itirməyə ehtiyac yoxdur."Onlar bizə bir sənəd təqdim etdilər, lakin bu, daha yaxşı olmalı idi. Maraqlıdır ki, mən görüşü ləğv edən kimi, on dəqiqə keçməmiş bizə daha əlverişli şərtlərin əks olunduğu yeni bir təklif göndərdilər", - deyə Ağ Ev rəhbəri bildirib.ABŞ-ın İran sahillərində tətbiq etdiyi dəniz blokadası isə daha da sərtləşdirilib. Müdafiə naziri Pit Heqset qeyd edib ki, Hörmüz boğazında gəmilərin hərəkətinə mane olmaq istəyən istənilən İran qayığı dərhal məhv ediləcək. Hazırda ABŞ hərbi gəmiləri İran limanlarına gedən yolları tam nəzarətdə saxlayır.Ağ Evin mətbuat katibi Karoline Leavitt isə iqtisadi təzyiqlərin nəticə verdiyini vurğulayıb. Onun sözlərinə görə, tətbiq edilən blokada İran iqtisadiyyatını hər saniyə daha da zəiflədir və bu, danışıqlarda ABŞ-ın mövqeyini gücləndirir.Yəni, ABŞ prezidenti İranın təkliflərini yetərsiz hesab etdiyi üçün nümayəndə heyətinin səfərini dayandırıb və Tehranın daha böyük güzəştlərə getməsini gözləyir.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
demokrat.az

1Mənbələr