AZ

“Biz bu mövqeyi qətiyyən qəbul etmirik və qətiyyətlə pisləyirik.” - Rauf Zeyni

Son günlər Nyu York şəhərinin yeni seçilmiş meri Zohran Mamdaninin 1915-ci il hadisələri və Azərbaycanın 2023-cü ildə öz ərazilərini işğaldan azad etməsi ilə bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Bu bəyanatlara münasibət bildirən Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında həmin yanaşmanı tənqid edib və onu əsassız adlandırıb.

"Bu günlərdə Nyu York şəhərinin yeni seçilmiş meri Zöhrab Məmdani 1915-ci il hadisələri ilə bağlı qondarma erməni soyqırımı ilə bağlı, sözdə erməni soyqırımı ilə bağlı açıqlama verib və onu 2023-cü illərdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə əlaqələndirib. Bu isə heç bir aidiyyatı olmayan, cəfəng bir yanaşmadır".

O, 1915-ci il hadisələrinə toxunaraq, bu mövzuda “qondarma erməni soyqırımı” iddialarının qəbul edilmədiyini, Türkiyə tərəfinin isə dəfələrlə arxivlərin açılması və beynəlxalq komissiyaların yaradılmasına hazır olduğunu bəyan etdiyini xatırladıb. Onun sözlərinə görə, Ermənistan tərəfinin bu təkliflərə razılaşmaması iddiaların əsaslı olmadığını göstərir.

Rauf  Zeyni həmçinin Azərbaycanla bağlı səsləndirilən fikirlərə də münasibət bildirib və 2023-cü ildə Azərbaycanın 30 illik işğaldan sonra öz ərazilərini azad etməsinin yanlış şəkildə əlaqələndirildiyini deyib. Onun sözlərinə görə, bu yanaşma tarixi reallığı əks etdirmir və tamamilə əsassızdır.

O əlavə edib ki, merin bu cür siyasi və tarixi məsələlərə münasibət bildirməsi düzgün deyil və onun əsas diqqəti şəhərin idarə olunmasına yönəlməlidir.

Sonda Rauf Zeyni Azərbaycan vətəndaş cəmiyyəti adından bu mövqenin qəbul edilmədiyini və qətiyyətlə pisləndiyini bildirib.

Zəhra Ağayeva

Seçilən
50
qht.az

1Mənbələr