AZ

İndoneziya öz ordusuna gəmiləri batırmaq üçün təlim keçir

İndoneziya Hərbi Dəniz Qüvvələri Yavanski dənizindəki təlimlər zamanı istismardan çıxarılmış desant gəmisini batırıb.

Herbiand.az bildirir ki, hədəf kimi istifadə edilən gəmi 1990-cı illərdə Almaniyadan 482 milyon dollarlıq böyük bir müqavilə ilə alınıb.

Gəmi Fransa istehsalı Exocet MM40 Block 3 gəmi əleyhinə raketi ilə məhv edilib.

Qeyd edək ki, gəmi Cənubi Sulavesi sahillərində baş verən yanğında ciddi ziyan gördükdən sonra 2024-cü ildə istismardan çıxarılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
herbiand.az

1Mənbələr