AZ

Salahın "Liverpul" macərası başa çatıb? - Direktor açıqladı

"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah 2025/2026 mövsümündə bir daha meydana çıxmayacaq.

Publika.az xəbər verir ki, bu barədə Misir millisinin direktoru İbrahim Həsən məlumat verib.

“Məhəmmədin dizaltı vətərində qopma var. Onun müalicəsi üçün dörd həftə vaxt lazımdır”, - deyə Həsən bildirib.

33 yaşlı hücumçu zədəni İngiltərə Premyer Liqasının 34-cü turunda "Kristal Pelas" ilə keçirilən oyunda alıb. Mersisayd təmsilçisi həmin görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Salah mövsümün sonunda "Liverpul" klubunu tərk edəcək. Bu o deməkdir ki, onun komandadakı macərası gözləniləndən tez başa çata bilər.

Seçilən
60
publika.az

1Mənbələr