AZ

Zabratda “Prius”la toqquşan “VAZ” yararsız hala düşdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 26-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-OK-674 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın “Toyota Prius” markalı avtomobillə toqquşub. İlkin məlumata əsasən qəzaya səbəb manevr qaydalarının pozulması olub. Hadis nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
avtosfer.az

1Mənbələr