"Növbəti ildən magistraturaya qəbul səviyyəsində xarici dil imtahanında danışıq bacarıqları da yoxlanacaq".
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.
"Növbəti ildən etibarən magistratura səviyyəsinə qəbul imtahanında danışıq bacarıqları da qiymətləndiriləcək. Bu istiqamətdə də hazırlıq gedir. Bunun üçün kifayət qədər texniki resurs, ekspert bankı lazımdır. Bu istiqamətdə hazırlıq prosesindəyik", - o qeyd edib.
Aytəkin TOFİQQIZI