AZ

“Qlobal mənzil böhranı ən aktual problemlərindən biridir”

“Hazırda dünyada təxminən 3 milyard insan adekvat mənzil şəraitindən məhrumdur. 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır".Mətbuat.az xəbər verir ki, bunu WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Kommunikasiya Direktoru Katerina Bezqaçina deyib: O əlavə edib ki, dünyada evsizlik məsələsinə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr mühüm qlobal çağırışlara qoşulmalıdır. Çünki bu mövzunun müzakirəsi son dərəcə аktualdır.Katerina Bezqaçina forumun beynəlxalq qərarvermə prosesində rolunu qeyd edərək bildirib ki, “World Urban Forum" yalnız müzakirə platforması deyil, həm də qlobal qərarların formalaşmasına töhfə verən mühüm mexanizmdir:

"Forumda səsləndirilən fikirlər daha sonra BMT səviyyəsində təqdim olunur. Xüsusilə SDG 11 – dayanıqlı şəhərlər və icmalar üzrə aparılan müzakirələr iyul ayında keçiriləcək yüksək səviyyəli forumlara çıxarılacaq və qlobal gündəliyin formalaşmasında mühüm rol oynayacaq. Düşünürəm bu problemin həlli üçün planlar mövcuddur. Mövcud müzakirələrdə qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası, münaqişə sonrası bərpa prosesi, sosial mənzillərin inkişafı, mənzildən iqtisadi inkişafın stimulu və s kimi məsələlər yüksək səviyyədə müzakirə ediləcək. Həmçinin, xüsusi sessiyalar, tematik görüşlər və digər müxtəlif tədbirlər də təşkil olunacaq".

Seçilən
1
metbuat.az

1Mənbələr