“Məqsədimiz keçirdiyimiz imtahanların və eyni zamanda imtahan modellərinin məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.
“Yazı bacarığı əsas bacarıqlardan biridir. Razılaşarsınız ki, dünyanın bir çox universitetlərinə qəbul məhz yazı bacarığı, yəni essenın təqdim olunması ilə aparılır. Biz hələ esse mərhələsinə keçməmişik. Amma bakalavr səviyyəsində biz abzas, yəni bir paraqrafın yazılması tapşırığını qoyuruq. Yəni dediyimiz kimi, əsas məqsəd xarici dil imtahanlarının məzmununu beynəlxalq standartlara uyğunlaşdırmaqdır”, - deyə o qeyd edib.
Aytəkin TOFİQQIZI