AZ

KXDR-də Ukrayna ilə müharibəyə həsr olunmuş muzey açılıb

Koreyada Xalq Demokratik Respublikasında (KXDR), Rusiya–Ukrayna müharibəsində həlak olan əsgərləri üçün xatirə muzeyi açıb.

"Cebheinfo.az" bu barədə Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, Kursk bölgəsinin Ukrayna ordusundan tam geri alınmasının birinci ildönümü münasibətilə aprelin 26-da “Xaricdə Hərbi Əməliyyatlarda Göstərilən Qəhrəmanlıqların Anım Muzeyi” təntənəli mərasimlə açılıb.

Paytaxt Pyongyang şəhərində yerləşən muzeyin açılış mərasimində Şimali Koreya lideri Kim Çen In ilə yanaşı, yüksək səviyyəli partiya, hökumət və ordu rəsmiləri iştirak ediblər.

Mərasimdə həmçinin Rusiyanın müdafiə naziri Andrey Belousov və Rusiyanın Pxenyandakı səfirliyinin əməkdaşları da yer alıblar.

Rusiya Prezidenti Vladimir Putin muzeyin açılışı münasibətilə göndərdiyi məktubda bu addımı məmnuniyyətlə qarşıladığını bildirib və rus xalqının həlak olan şimali koreyalı əsgərlərin fədakarlıqlarını unutmayacağını vurğulayıb.

Seçilən
58
cebheinfo.az

1Mənbələr