AZ

İldırım 14 nəfəri VURDU

Banqladeşin müxtəlif bölgələrində ildırım düşməsi nəticəsində 14 nəfər həyatını itirib. 

Ölkənin 7 bölgəsində güclü yağışların təsiri ilə baş verən ildırım hadisələri nəticəsində 14 nəfərin öldüyü bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, yerli "Prothom Alo" qəzeti bu barədə yazıb. Məlumatına görə, ölkədə bir həftədən artıq davam edən isti hava dalğasından sonra güclü yağışlar başlayıb.

Güclü yağışların təsirli olduğu Gaibandha, Thakurgaon, Sirajganj, Jamalpur, Panchagarh, Bogura və Natore bölgələrində ildırım düşməsi nəticəsində ilkin məlumata əsasən ümumilikdə 14 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Meteorologiya qurumunun açıqlamasında qeyd olunub ki, qarşıdakı günlərdə ölkənin bəzi hissələrində yağışlar davam edə bilər və bu, isti hava dalğasının təsirlərini zəiflədə bilər.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr