Malidə terror qruplaşmalarının koordinasiyalı hücumları ölkənin hərbi rəhbərliyini hədəf alıb.
Publika.az xəbər verir ki, "Frans Press" agentliyinin təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yaydığı məlumata görə, hücumlar nəticəsində ölkənin ən yüksək vəzifəli şəxsləri arasında itkilər və yaralılar var.
Aprelin 25-də Kati şəhərinə edilən hücum zamanı Mali kəşfiyyatının rəhbəri general Modibo Kone və ordunun Baş qərargah rəisi general Umar Diarra yaralanıblar. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilmir.
Müdafiə naziri Sadio Kamara Kati şəhərindəki iqamətgahına edilən hücum zamanı həlak olub. Dəhşətli hadisə zamanı nazirlə yanaşı, onun həyat yoldaşlarından biri və iki nəvəsi də həyatını itirib.
Baş verən qanlı hadisələrlə əlaqədar Malinin keçid dövrünün prezidenti Assimi Qoita aprelin 27 və 28-də ölkədə milli matəm elan edib.