AZ

Notbukdakı gizli qovluqdan 41 nəfərin güllələnmə videosu çıxdı Tadamun qəssabları (ARAŞDIRMA)

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Suriyada müharibənin ən qaranlıq səhifələrindən biri illər sonra yenidən gündəmə gəlib. Tadamon qətliamını üzə çıxaran hadisələr təkcə cinayətin ifşası deyil, həm də qorxu, risk və inadkar araşdırmanın hekayəsidir.Demokrat.az xəbər verir ki, hekayə təsadüfi anla başlayır. Rejimə bağlı silahlı qruplaşmanın gənc üzvlərindən biri bir gün ona verilən noutbukda video faylı açır. Gördükləri onu sarsıdır. Videoda gözləri bağlı insanların bir-bir qazılmış çuxura doğru aparılması, qaçmağa məcbur edilməsi və güllələnərək çuxura düşməsi əks olunub. Bir neçə dəqiqə ərzində onlarla insan öldürülür. Sonradan məlum olur ki, həmin kadrlar 2013-cü ildə baş verən və azı 41 nəfərin qətlə yetirildiyi Tadamon qətliamını əks etdirir.Videodakı əsas fiqur, yəni balıqçı papağı taxmış zabit Suriyanın hərbi kəşfiyyatına bağlı strukturlardan birinin nümayəndəsi idi. Bu hadisə Əsəd rejiminin illərlə inkar etdiyi sistemli zorakılığın canlı sübutuna çevrilir.Gənc döyüşçü bu görüntüləri gizlətmək əvəzinə, onları ölkədən kənara çıxarmağa qərar verir. Bu qərar onun həyatını kökündən dəyişir və onu Avropaya qədər uzanan təhlükəli yolçuluğa aparır. Eyni zamanda, bu material iki araşdırmaçının diqqətini çəkir: Annsar Şahhoud və Uğur Ümit Üngör.

Seçilən
8
demokrat.az

1Mənbələr