525.az saytına istinadən ain.az xəbər verir.
“Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də düşüncə sistemidir. Əgər Süni İntellekt Azərbaycan dilini düzgün başa düşmürsə və ya onu ikinci dərəcəli kimi qəbul edirsə, bu artıq texniki yox, strateji problemdir. Bu baxımdan rəqəmsal dil mövzusu aktuallaşır”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektorun sözlərinə görə, Süni İntellekt onu yaradan cəmiyyətlərin dəyərlərini daşıyır. Əgər bu sistemlər xarici dəyərlər üzərində qurulursa, onlar yerli mədəniyyətlə ziddiyyət yarada bilər:
“Azərbaycan üçün Sİ etikası ailə və sosial dəyərlərin qorunması, tarixi və milli kimliyin təhrif olunmaması; dini və mədəni həssaslıqlara hörmət kimi prinsiplərın əhəmiyyəti artır”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.