AZ

Pakistan İrana tranzit üçün sərhədlərini açıb

İslam Respublikasının ticarət nazirliyinə istinadən məlumat yayan The Express Tribune qəzeti yazır ki, qonşu ölkənin qərarı transmilli ticarətin genişləndirilməsi yolunda mühüm addımdır…

Poliqon xəbər verir ki, Pakistan Ticarət Nazirliyinin “İranla tranzit ticarət haqqında 2026” qərarı qüvvəyə minib. Sənəd hər hansı üçüncü ölkədən gələn malların Pakistan ərazisindən keçməklə İranın müəyyən olunmuş nöqtələrinə çatdırılmasına icazə verir.

The Express Tribune nəşri bu addımı transmilli ticarətin genişləndirilməsi yolunda vacib bir irəliləyis kimi dəyərləndirir. Qərar iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, həmçinin regionda tranzit imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspertlər qeyd edir ki, bu addım Pakistanın İranla ticarət əlaqələrini canlandırmaq və regionda tranzit ölkə olaraq mövqeyini möhkəmləndirmək istəyindən xəbər verir. Yeni tənzimləmə çərçivəsində üçüncü ölkə mallarının Pakistan ərazisindən tranzitlə daşınması üçün rəsmi prosedurlar sadələşdirilib.

Qərarın həm Pakistan, həm də İran iqtisadiyyatlarına müsbət təsir göstərəcəyi, həmçinin Cənubi Asiya ilə Yaxın Şərq arasında ticarət əlaqələrinin inkişafına təkan verəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr