AZ

Çin maşını məşhur bloqeri yolda qoydu Mühərrik qızdı, heç bir işıq da yanmadı (VİDEO)

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur avtobloqer və jurnalist Oleq Maksimov yeni aldığı "Jetour T2" markalı avtomobili ilə yolda çarəsiz qalıb. İdarəetmə zamanı mühərriki qızan nəqliyyat vasitəsi sürücüyə heç bir xəbərdarlıq etmədən sıradan çıxıb.Demokrat.az xəbər verir ki, bu barədə avtobloqer öz "YouTube" kanalında məlumat paylaşıb. Maksimov qeyd edib ki, avtomobilin mühərriki həddindən artıq qızsa da, paneldə nə bir işıq yanıb, nə də səsli xəbərdarlıq gəlib. Bloqer kapotun altından buxar çıxdığını görəndə dərhal maşını yolun kənarına çəkməli olub. Hadisə zamanı məlum olub ki, avtomobilin borusu partlayıb və soyuducu maye sürətlə yerə axır.Oleq Maksimovun sözlərinə görə, əsas problem avtomobilin texniki nasazlığı ilə bitməyib. O, şirkətin rəsmi dəstək xidmətinə müraciət etsə də, əksər dilerlər avtomobili qəbul etməkdən imtina ediblər. Bloqer vurğulayıb ki, zəmanətli avtomobillər üçün nəzərdə tutulan pulsuz təxliyə və yardım sistemi praktiki olaraq işləmir. Uzunmüddətli cəhdlərdən sonra yalnız şəxsi tanışlıq sayəsində dilerlərdən biri maşını qəbul etməyə razılaşıb.

İsmayıl

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
demokrat.az

1Mənbələr