Paşinyan qeyd edib ki, hazırda sərhədlərdə genişmiqyaslı mühəndis və möhkəmləndirmə işləri aparılsa da, gələcəkdə bu sahələrin mühafizəsi tamamilə Sərhəd Qoşunlarına həvalə edilməlidir. O, bu keçidin yalnız regionda gedən müsbət tarixi dəyişikliklər və tam sülh şəraitində mümkün olacağını vurğulayaraq, Ermənistanın bu istiqamətdə inamla irəlilədiyini diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31