AZ

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları Litvada beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Ulusum.az xəbər verir ki, Cari ilin 21–22 aprel tarixlərində Litva Respublikasının Vilnüs şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-Korrupsiya Şəbəkəsi və Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən birgə təşkil edilmiş “Korrupsiyaya qarşı mübarizə aparan qurumların rəhbərləri üçün strateji müzakirə” adlı tədbir keçirilib.20-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə aparan qurumlarının nümayəndələri və OECD ekspertlərinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev təmsil edib.Tədbir zamanı Anti-Korrupsiya Şəbəkəsinin 2023–2026-cı illər üzrə İş Proqramının icra nəticələri, əldə olunmuş nailiyyətlər və korrupsiyaya qarşı mübarizə sahəsində qarşıda duran çağırışlar müzakirə edilib. Həmçinin 2027–2030-cu illər üçün yeni proqram sənədinin hazırlanması, İstanbul Antikorrupsiya Fəaliyyət Planı üzrə növbəti monitorinq mərhələsinin perspektivləri, OECD-nin Hüquq-Mühafizə Şəbəkəsinin əsas fəaliyyət istiqamətləri və yüksək korrupsiya riskləri olan sahələrdə preventiv tədbirlərin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Azərbaycan nümayəndə heyəti tərəfindən 2027–2030-cu illər üçün hazırlanacaq yeni fəaliyyət sənədində korrupsiyaya qarşı mübarizə sahəsində süni intellektin imkanlarından istifadə ilə bağlı konkret müddəaların əks olunması təklif edilib. Eyni zamanda ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin həyata keçirilməsinə xidmət edən mexanizmlər barədə tədbir iştirakçılarına məlumat verilib, bu yanaşma antikorrupsiya fəaliyyətinin səmərəliliyinin artırılması baxımından müsbət təcrübə nümunəsi kimi qiymətləndirilib.Tədbir çərçivəsində Azərbaycan Respublikası Prokurorluğu ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-Korrupsiya Şəbəkəsi arasında formalaşmış səmərəli əməkdaşlığın uğurla davam etdirilməsi təşkilatın ekspertləri tərəfindən məmnunluqla vurğulanıb.

Diqqət Çəkənlər

Xəzər dənizində zəlzələ baş verib

BƏƏ ABŞ prezidenti Donald Trampa qarşı atışmanı qətiyyətlə pisləyir

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Seçilən
14
ulusum.az

1Mənbələr