Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bu gün baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəyal Rzazadə Oxu.az-a açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun avtomobilinə, daha sonra isə "Mercedes" markalı digər maşına çırpılıb:
"Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır".