AZ

Fransa Kiprə qoşungöndərəcək

Kiprdə Fransa hərbçilərinin yerləşdirilməsi ilə bağlı razılaşma elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Kipr Prezidenti Nikos Xristodulides açıqlama verib.

Bildirilib ki, onun sözlərinə görə, Fransa “humanitar məqsədlər üçün” Kipr Respublikasına qoşun göndərəcək.

Qeyd olunub ki, prezident hökumətin rəsmi saytında yayılan açıqlamasında iyun ayında tərəflər arasında nazirlər səviyyəsində saziş imzalanacağını bildirib.

Məlumata görə, saziş Fransa hərbçilərinin Kipr ərazisində yalnız humanitar fəaliyyətlər çərçivəsində yerləşdirilməsini nəzərdə tutur.

Bildirilib ki, razılaşmanın regional humanitar əməliyyatların koordinasiyasını gücləndirməsi gözlənilir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
25
redaktor.az

1Mənbələr