AZ

Sumqayıtda zəncirvari qəza - xəsarət alanlar var

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

"Ford" markalı yük avtomobili ilə "Changan", "Mazda" və "Lada" markalı minik maşınlarının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
1
olke.az

5Mənbələr