AZ

DİN-dən yol hərəkəti iştirakçılarına MÜRACİƏT - VİDEO

Bu hadisə ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospketi "Koroğlu" metro stansiyasının yaxınlığında baş verib. Nəticədə piyada dünyasını dəyişib.  Müşahidə kamerasının qeydə aldığı bu qəza 12 zolaqlı yolun hərəkət hissəsindən keçməyin nə qədər təhlükəli olduğunu göstərir.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Yol hərəkəti iştirakçılarının maariflənməsi üçün mütəmadi aparılan təbliğat işləri, bu istiqamətdə yol-nəqliyyat hadisələrinin real görüntülərinin diqqətə çatdırılması müsbət nəticə versə də ancaq təəsüflər olsun ki, bəzi sürücü və piyadalar bundan nəticə çıxarmır. 

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub. Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb.

Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər.

Seçilən
12
10
day.az

10Mənbələr