AZ

"Real" "Borussiya"dan 60 milyon avro tələb edir

"Borussiya" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, dortmunduların əsas hədəfi "Real"da çıxış edən Qonsalo Qarsiyadır. Bu barədə AS nəşri məlumat yayıb.

Bundesliqa nəhəngi ispaniyalı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. "Kral klubu" isə 22 yaşlı forvard üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, Qonsalo Qarsiya "Real"ın yetirməsidir. İspaniya U-21 millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
13
1
sportal.az

2Mənbələr