AZ

Yerli meyvə şirəsi istehsalı yox ola bilər: Ucuz meyvə tapılmır

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əvvəlki illərdə Azərbaycanda meyvə şirəsi istehsalında ildən-ilə artım baş versə də, indi bunun əksini görürük.

Belə ki, rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalma deməkdir.

Anoloji vəziyyət ehtiyatlarda da özünü göstərir. Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb.

Bu rəqəmlər isə illik müqayisədə müvafiq olaraq 11,6 və 9,3 faiz azalma deməkdir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bakupost.az-a bildirib ki, meyvə şirəsi istehsalının azalması ilk növbədə Azərbaycanda meyvə və tərəvəz məhsulları qiymətinin artması ilə bağlıdır:

“Bu isə yerli emal müəssisələrinə sərf etmir ki, yüksək qiymətə meyvə-tərəvəz alıb, emal edib, sonra da ondan şirə əldə etsinlər. Çünki belə vəziyyətdə məhsulun maya dəyəri yüksək olur ki, bu halda da yerli istehsalçılar daxili bazarda rəqabət aparmaq gücündə olmurlar”.

Həmsöhbətimizin fikrincə, yaranmış durum meyvə-tərəvəz istehsalçılarına sərf etsə də, emalçılar üçün arzuolunan deyil:

“Ölkə daxilində yalnız meyvə-tərəvəzin qiymətinin artdığını müşahidə etmirik. Eyni zamanda, meyvə-tərəvəz ixracı da artıb. Bu da o deməkdir ki, məhsul daxili və xarici bazara əsasən emal edilməmiş formada təqdim edilir. Bu isə meyvə-tərəvəz istehsalçılarına sərf edir. Emalçılara isə ucuz məhsul lazımdır. Son illər məhz belə bir problem yaşanır”.

Ekspertin sözlərinə görə, xaricdən meyvə şirəsi idxalının artmasına digər ölkələrdə maya dəyərinin ucuz başa gəlməsi, istehsal xərcinin azalması, xammal qiymətinin aşağı olması amilləri də öz təsirini göstərib:

“Azərbaycanda isə həm xammalın qiyməti, həm də emal xərcləri yüksəkdir”.

Rüfət Sultan, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
www.bakupost.az

1Mənbələr