Fevral ayında vəzifəsindən azad edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun Mingəçevir şəhər Mərkəzi Xəstəxanasındakı adamı Ülfət Qurbanov həkimlərin başına oyun açır.
“Mən Mingəçevir Mərkəzi Xəstəxanasında 4 il çalışmışam. Bu ilin yanvar ayında Vüqar Qurbanovun adamı Ülfət Qurbanov adımda heç bir izahat, töhmət, işə gecikmə halı olmadığı halda işimə xitam verib. Mən bu haqsızlığa görə çəkiliş edirəm.
Hörmətli Anar Bayramov, Mingəçevir Mərkəzi Xəstəxanasında heç də hər şey göründüyü kimi deyil. Ülfət Qurbanov bu xəstəxanada “at oynadır”. Kimi istəyir işdən çıxarır, iclaslarda işçiləri təhqir edir”.
Məsələ ilə bağlı Mİngəçevir şəhər Mərkəzi Xəstəxanası ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.