Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qabaqcıl təcrübə və beynəlxalq standartlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir. Bu istiqamətdə qida ilə təmasda olan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.
AQTİ-dən AZƏRTAC-a verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq keçirilən təlimdə iştirakçılara müəssisə fəaliyyətinin mövcud qanunvericiliyin, eləcə də sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun təşkili ilə bağlı zəruri məlumatlar təqdim edilib.
Təlim zamanı əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə qarşı nəzarət tədbirləri, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları ətraflı izah olunub.
İnteraktiv formatda təşkil edilən təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.