AZ

Matça doğru: “Sabah”da 3, “Karvan-Yevlax”da 7 itki

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sabah” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibin komandada cəzalı Stiv Solvet, Abdulla Xaybullayev meydana çıxa bilməyəcək. Zədəli Pavel Şafranko da matçı kənardan izləyəcək. Komandanın digər zədəli üzvü Mikelsin isə oynayıb-oynamayacağı bəlli deyil. 

Yevlax təmsilçisində də görüş öncəsi ciddi itkilər var. Araz Abdullayev, İbrahim Qədirzadə, Əli Abdullayev, Elvin Yunuszadə, Uğur Cahangirov və Kayl Spens zədəli olduqları üçün qarşılaşmada çıxış edə bilməyəcəklər. Eltun Turabov isə cəza səbəbindən görüşü kənardan izləyəcək.

Xatırladaq ki, “Sabah” – “Karvan-Yevlax” matçı bu gün saat 20:00-da start götürəcək.

Seçilən
13
idmanxeber.az

1Mənbələr