AZ

Başınızı qaldırın, nə ilə qarşılaşacağınızı görün: Bakıdan erməni müxalifətinə xəbərdarlıq

Ermənistanda seçki öncəsi siyasi ab-hava getdikcə gərginləşir. Avropa İttifaqı Paşinyanın hakimiyyətdə qalmasına dəstək verməyə çalışdığı halda, Rusiya daha çox müxalif qüvvələrin güclənməsində maraqlıdır. Müxalifət düşərgəsi isə seçki kampaniyasını əsasən “müharibə ritorikası” üzərində qurub. Onlar Qarabağ müharibəsinin bitmədiyini iddia edir və Azərbaycana qarşı yenidən ərazi iddiaları səsləndirirlər.

Publika.az bu fonda vəziyyəti dəyərləndirmək üçün Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyova müraciət edib. O, mövcud proseslər və mümkün ssenarilərlə bağlı danışıb.

Rasim Musabəyov bildirdi ki, Ermənistan müxalifətinin səsləndirdiyi hərbi ritorika reallıqdan uzaqdır: “Qələt eləyərlər, başlarını divara vurarlar. Müxalifət qalib gəlsə belə, cəsarət edib Azərbaycana müharibə elan etmək, yaxud bizim torpaqlara soxulmaq gücündə deyillər və nə indi, nə də beş il sonra buna cəsarət tapa bilməyəcəklər”.

Deputat qeyd etdi ki, əgər belə bir addım atılarsa, bunun nəticələri Ermənistan üçün çox ağır olacaq: “Buyursunlar. Bizə də elə fürsət lazımdır ki, onları tam şəkildə sıradan çıxaraq. Ona görə də bu cür avantüraya getməzlər”.

Seçilən
43
50
publika.az

10Mənbələr