AZ

Məşhur yarışda dəhşətli anlar: 27 avtomobil toqquşdu

NASCAR kuboku seriyası çərçivəsində "Talladega Superspeedway" trasında keçirilən yarışda 27 avtomobilin iştirakı ilə böyük qəza baş verib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatçıların rəsmi saytı məlumat yayıb.

Hadisə 115-ci dövrədə qeydə alınıb. Məlumata görə, insident liderlər qrupunda başlayıb. Babba Uallas düz yolda Ross Çesteyn tərəfindən təmas aldıqdan sonra onun avtomobili idarəetmədən çıxaraq xarici baryerə yönəlib.

Daha sonra hadisəyə Kol Kaster də qoşulub. O, toqquşmadan yayınmağa çalışsa da, bir neçə avtomobilin toqquşması zəncirvari reaksiyaya səbəb olub və üçüncü döngədə kütləvi qəza baş verib.

Yarış 116-cı dövrədə qırmızı bayraqla dayandırılıb. Buna səbəb trasın dağıntılardan təmizlənməsi olub. Bildirilir ki, sürücülərdən heç biri xəsarət almayıb. Qəza iştirakçılarının hamısı tibbi müayinədən keçirildikdən sonra buraxılıb.

Seçilən
28
publika.az

1Mənbələr