AZ

“Qəbələ”nin legioner futbolçusu: Növbəti mövsüm daha güclü olmaq istəyirik

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 aprel, AZƏRTAC

Qarşılaşmadan 3 xalla qayıtmaq istəyirdik. Təəssüf ki, alınmadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ” klubunun qanalı mərkəz müdafiəçisi İsaak Amoah Azərbaycan Premyer Liqasının XXIX turunda “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Futbolçu komandasının ümumilikdə yaxşı oyun nümayiş etdirdiyini qeyd edib.

“Düşünürəm ki, yaxşı oyun keçirdik. İstədiyimiz kimi oynadıq. Amma oyundan daha çox şey istəyirdik, xüsusilə meydana üç xal qazanmaq üçün çıxmışdıq. Lakin yenə də bu nəticə bizim üçün müsbət hesab oluna bilər. Qarşıdakı görüşə fokuslanmalı və daha çox xal üçün mübarizə aparmalıyıq”, - deyə İsaak Amoah əlavə edib.

Futbolçu, həmçinin mövsümü də dəyərləndirərək bildirib ki, komanda hazırkı mövsümdə istənilən nəticələri əldə edə bilmir: “Açığı, yaxşı mövsüm keçirmirik. Enişlər və yüksəlişlər var, lakin əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Növbəti mövsüm isə daha güclü olub yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Ümumilikdə bu, orta səviyyəli bir mövsümdür”.

O, yeni müqavilə məsələsinə də toxunaraq bunun klub rəhbərliyinin qərarından asılı olduğunu söyləyib: “Bu məsələ rəhbərlikdən və klub direktorundan asılıdır. Mənim qərar verəcəyim mövzu deyil. Bizim vəzifəmiz meydanda maksimum gücümüzü vermək və komanda üçün mübarizə aparmaqdır. Nəticə isə gələcəkdə bəlli olacaq”.

Qeyd edək ki, “Qəbələ” hazırda 20 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azertag.az

2Mənbələr