AZ

Şuşa İƏT in turizm paytaxtı 2026 tədbirinin açılışı olub

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Şuşa şəhərində "Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilib.

Ölkə.az Report-a istinadla xəbər verir ki, bu çərçivədə keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər.

Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur.

2023-cü ildə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İƏT-in turizm paytaxtı" elan edilib.

Tədbirlər AzərbaycanNazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
26
olke.az

10Mənbələr