Müasir tibbdə ən çox istifadə olunan müayinə üsullarından ikisi kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiyası (MRT)-dir. Çox insan bu iki müayinənin fərqini bilmir və tez-tez sual verir:
“Hansını etməliyəm?”
Medicina.az bahalı müayinələrdən hesab olunan KT və MRT fərqini təqdim edir:
KT rentgen şüaları ilə işləyən müayinə üsuludur və bədənin “kəsik-kəsik”, çoxqatlıgörüntüsünü yaradır.
KT nəyi daha yaxşı göstərir?
Sümük qırılmaları və travmalar
Daxili qanaxmalar
Ağciyər problemləri (iltihab, infeksiya və s.)
Şişlər və iri struktur dəyişiklikləri
Təcili hallarda orqanların vəziyyəti
Qəzalarda təcili müayinə
KT çox sürətli çəkilir və xüsusilə təcili diaqnostika üçün əvəzolunmazdır.

Maqnit rezonans tomoqrafiyası (MRT) nədir və nəyi göstərir?
MRT maqnit sahəsi və radio dalğaları ilə işləyir, yəni rentgen şüası istifadə etmir.
MRT nəyi daha dəqiq göstərir?
Beyin və sinir sistemi
Onurğa və disk problemləri
Əzələlər, bağlar və yumşaq toxumalar
Oynaqlar
Gizli və erkən mərhələli toxuma dəyişiklikləri
MRT daha detallı və “dərin” görüntü verir, xüsusilə yumşaq toxumalar üçün ən informativ üsuldur.
KT və MRT arasındakı əsas fərqlər
KT → daha sürətli, sümük və kəskin hallar üçün ideal
MRT → daha detallı, yumşaq toxumalar və sinir sistemi üçün ideal
KT → rentgen şüası var
MRT → şüa yoxdur
Aşağıdakı hallarda MRT daha uyğun hesab olunur:
Uzun müddətli baş ağrıları və nevroloji şikayətlər
Onurğa ağrıları, disk yırtığı şübhəsi
Oynaqlarda ağrı və zədələr
Sinir sıxılması və keyimə hissi
Beyin və yumşaq toxuma problemlərindən şübhə
MRT daha çox dəqiqlik və dərin analiz lazım olduqda seçilir.
KT-dən nə vaxt keçmək lazımdır?
Travma və qəza sonrası vəziyyət
Sümük qırığı şübhəsi
Daxili qanaxma ehtimalı
Ağciyər xəstəlikləri
Təcili və sürətli diaqnostika tələb olunan hallar
KT daha çox tez qərar vermək lazım olan situasiyalarda istifadə edilir.
Hansı daha yaxşıdır?
Bəzən KT daha doğru seçimdir
Bəzən isə MRT əvəzolunmazdır
KT və MRT rəqib yox, bir-birini tamamlayan müayinə üsullarıdır.
Aygün Musayeva