"Real"ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Kilian Mbappe sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı hücumçu La Liqanın 33-cü turunun "Betis"lə matçında (1:1) ayaq əzələsindən zədə alıb. 27 yaşlı forvardın yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, Mbappe "Real"ın heyətində meydana çıxdığı 41 matçda 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Günün derbiləri bu kanallarda - TV AFİŞA
Asiya Çempionlar Liqasının qalibi bəlli oldu - ARDICIL 2-ci dəfə
FA Kuboku: “Siti” finalda
“Real” onu icarəyə göndərir
Ranyeri “Roma”dan ayrıldı