AZ

Test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Aprelin 26-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

DİM-dən “Cebheinfo.az” -ya verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə Mərkəzin saytından tanış olmaq olar.

Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
17
cebheinfo.az

10Mənbələr