Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Bizim.Media xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
İclasın gündəliyinə təşkilati məsələlər; MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsi məsələsi daxil edilib.
Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib.
O, Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.
Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-dan MSK-nın sədri vəzifəsindədir.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta