AZ

Hörmüz boğazında gəmi keçidi kəskin azaldı Son 24 saatda cəmi 7 gəmi keçib

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Hörmüz boğazında gəmi hərəkətinin kəskin azaldığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi gəmiçilik məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində boğazdan cəmi yeddi gəmi keçib.

Qeyd olunub ki, bu göstərici son günlərdə müşahidə olunan zəif aktivliyə uyğun gəlir.

Məlumata görə, "Kpler" və "SynMax"ın məlumatlarına əsasən, keçid edən gəmilərin əksəriyyəti quru yük gəmiləri olub.

Bildirilib ki, onların arasında İraq limanlarından çıxan gəmilər və İran limanından yola düşən bir quru yük gəmisi də yer alıb.

Qeyd edilib ki, hazırkı göstərici fevralın 28-dən əvvəlki dövrlə müqayisədə xeyli aşağıdır. Həmin vaxt gündəlik orta keçid sayı təxminən 140 gəmi təşkil edirdi.

Məlumata əsasən, regionda gərginliyin artması gəmiçilik fəaliyyətinə ciddi təsir göstərib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
redaktor.az

2Mənbələr