AZ

Çinlə avtomobil yük daşımalarında kvota artırılıb (FOTO)

Bakı.Trend:

Aprelin 23–24-də Çinin Urumçi şəhərində Azərbaycan YerüstüNəqliyyat Agentliyi ilə Çin Xalq Respublikasının NəqliyyatNazirliyinin Nəqliyyat Xidmətləri Departamenti arasında tarixdə ilkdəfə olaraq beynəlxalq avtomobil daşımaları sahəsində görüşkeçirilib.

Bu barədə Trend-əAzərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumatverilib.

Bildirilib ki, görüşdə Azərbaycan daşıyıcıları və AzərbaycanBeynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndəsi dəiştirak ediblər.

Görüş zamanı iki ölkə arasında avtomobil nəqliyyatı iləbeynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişafperspektivləri müzakirələr edilib, əməkdaşlığın genişləndirilməsinədair fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında mühüm razılaşma əldə edilib. Belə ki,beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cıil üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 5 000ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2500 ədəd icazəblankının mübadilə edilməsi barədə qərar qəbul olunub. Beləliklə,cari il üzrə beynəlxalq yük daşımaları üçün mübadiləsirazılaşdırılmış İcazə blanklarının kvotası 5 dəfə artırılmış olub.Eləcə də, cari və növbəti ildə daşıyıcıların tələbatlarının tamqarşılanacağı barədə razılıq ifadə olunub.
Tərəflər “İcazə” blanklarının mübadiləsinin və verilməsininelektronlaşdırılması ilə bağlı mühüm razılıq əldə ediblər.Rəqəmsallaşma layihəsinin həyata keçirilməsi məqsədilə birgətexniki işçi qrupunun yaradılması və 1 may tarixindən işlərəbaşlanılması planlaşdırılır. Rəqəmsallaşma əməliyyat çətinlikləriniminimuma endirməyə və daşıma proseslərini şəffaf vəsürətli etməyəimkan verəcəkdir.

Bununla yanaşı, beynəxalq yük daşımaları zamanı qarşılaşılanməsələlərin operativ həll edilməsi məqsədilə tərəflərin aidiyyətiqurumları arasında çevik əlaqənin qurulması üçün müvafiq mexanizmrazılaşdırılıb.
Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti millidaşıyıcıların iştirakı ilə 25 aprel tarixində Xorqos gömrük keçidməntəqəsinin rəsmiləri ilə görüş keçirib, eləcə Xorqos Azad TicarətZonasının ərazisində fəaliyyət göstərən Logistik mərkəzlərin işiilə yaxından tanış olub.

Nümayəndə heyəti Xorqos Gömrük-Keçid Məntəqəsinin fəaliyyəti ilədə tanış edilib. Bildirilib ki, məntəqədə 4 qəbul və 4 göndərməzolağı olmaqla hazırda 8 zolaq üzrə gün ərzində 1200 yük nəqliyyatvasitələrinin keçidi təmin edilir. Artan yük axını nəzərə alınaraqnövbəti iki il ərzində qəbul və göndərmə zolaqlarının sayının 20-yəçatdırılması nəzərdə tutulur.

Logistik mərkəzlə milli daşıyıcılar arasında əməkdaşlığınqurulması imkanları müzakirə edilib, milli daşıyıcılarla logistikmərkəzlər arasında əlaqələrin qurulması üçün işlərə başlanılmasıbarədə razılığa gəlinib.

Eyni zamanda Xorqos şəhərində Çinin aidiyyəti dövlətorqanlarının, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyalarının,Azərbaycan və Çin daşıyıcılarının iştirakı ilə Simpoziumkeçirilərək beynəlxalq yük daşımaları zamanı daşıyıcılarınqarşılıqlaşdıları çətinliklər, onların aradan qaldırılması yolları,eləcə də daşıyıcılar arasında birbaşa əlaqələrin qurulmasıməsələləri müzakirə olunub.

Çinlə
Çinlə
Çinlə
Çinlə
Məqalədə:
Seçilən
17
8
az.trend.az

9Mənbələr