AZ

“Rusiyanın dostu” olan nazir həlak oldu Malidə hərbi üsyan davam edir

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Malidə hökumətə qarşı hərbi üsyan davam edir. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya ilə yaxınlaşma tərəfdarı olan Malinin Müdafiə naziri Sadio Kamara üsyançıların hücumu nəticəsində həlak olub.

“Le Figaro” qəzetinin məlumatına görə, yaraqlılar nazirin paytaxt Bamakodan 15 kilometr aralıda yerləşən Kati ordu bazasındakı iqamətgahına hücum ediblər. Partlayıcı maddələrlə dolu yük maşını əvvəlcə əraziyə daxil olub və partlayış baş verib. Daha sonra Kamaranın da iştirak etdiyi atışma başlayıb. O, döyüş zamanı yaralanıb və xəstəxanaya aparıldıqdan sonra ölüb. Onun həyat yoldaşı və iki nəvəsi də həlak olub.

Üsyançılar həmçinin prezident iqamətgahına, Müdafiə Nazirliyinin qərargahına və Bamako Beynəlxalq Hava Limanına hücum ediblər. Mali Baş Qərargahı bildirib ki, ordu bütün hücumları dəf edib. Ümumilikdə hökumət qüvvələri təxminən 80 yaraqlını öldürüb.

Kamara 2021-ci ildən bəri Malinin Müdafiə naziri vəzifəsində çalışıb və respublikanın hərbi rəhbərliyinin əsas üzvü hesab olunub. O, bir neçə dəfə Rusiyaya rəsmi səfərlər edib və Rusiya hərbi rəhbərliyi ilə danışıqlar aparıb. 2025-ci ilin iyun ayında o, Rusiyanın Müdafiə naziri Andrey Belousovla görüşüb. Kamara Rusiya ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsini müdafiə edib.

Kamaranın ölümü 2020-ci il hərbi çevrilişindən sonra hakimiyyətə gələn və Qərbdən daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verən Malinin indiki hərbi rəhbərliyinə ciddi zərbə sayılır.

Məlumata görə, hazırda Rusiya qoşunları Mali Prezident Qvardiyası və silahlı qüvvələri ilə birlikdə ölkənin prezident sarayının ələ keçirilməsinin qarşısını almağa çalışır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr