AZ

Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk

Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etmək olduğunu söyləyən və bunun təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahə işləri aparılmalıdır.

Milli.Az

Seçilən
0
14
milli.az

10Mənbələr